"Qalib gəlib, liderliyimizi davam etdirməliyik" - Rəhman Hacıyev

"Qalib gəlib, liderliyimizi davam etdirməliyik" - Rəhman Hacıyev
MÜSAHİBƏ 28 Sentyabr 2018 / 12:25 2869
-  A +

"Neftçi”nin futbolçusu Rəhman Hacıyev klubun rəsmi saytına müsahibə verib. Qol.az-ın məlumatına görə, hazırda komandada çıxış edən futbolçular arasında "Səbail”in qapısından ən çox top keçirən yarımmüdafiəçi "Neftçi”nin nəticə qazanmasını hər şeydən üstün sayır.

- "Səbail”lə oyundan nə gözləyirsiniz?

- Zəif rəqib yoxdur. Bunu yaxşı anlayırıq. İlk sıralarda möhkəmlənmək istəyiriksə, səhvə yol verməməliyik. Qalib gəlməliyik.


- Hazırda liderliyi "Qarabağ”la bölüşürsünüz...

- Düzdür, onlarla xallarımız eynidir. "Səbail” üzərində qələbə qazanıb, liderliyimizi davam etdirməliyik.

- "Səbail”lə indiyədək keçirdiyiniz 4 oyunda 2 qol vurmusunuz. Hazırda "Neftçi”də çıxış edən futbolçular arasında bu rəqibin qapısına ən çox yol tapan oyunçusunuz...

- Sözün düzü, bu məlumatdan xəbərim yox idi. Hər oyunda komandaya faydalı olmağa çalışıram. Fərqi yoxdur qol vurum və yaxud məhsuldar ötürmə verim. Komandanın nəticə qazanması hər şeydən üstündür.

- Mövsümün əvvəlində əsas heyətə düşməkdə çətinlik çəkirdiniz. İndi isə daha çox şans qazanırsınız...

- Düzdür, ilk üç oyunda, demək olar, iştirak etmədim. Amma bu o demək deyil ki, kiminləsə problemim var. Baş məşqçi ilə münasibətlərim çox yaxşıdır. O, mənə son oyunlarda güvənir. Mən də öz növbəmdə ona və bütün komandaya güvənirəm. Bu cür mühitdə oynamaq çox xoşdur.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı