“Uşaq səhvlərindən qollar buraxdıq” – “Zirə”nin məşqçisi

“Uşaq səhvlərindən qollar buraxdıq” – “Zirə”nin məşqçisi
PREMYER LİQA 26 Sentyabr 2018 / 22:25 2900
-  A +

"Zirə"nın məşqçisi Vəfadar Quliyev Topaz Premyer Liqada "Qarabağ"a səfərdə 2:3 hesabıyla uduzduqları I turun təxirə salınmış matçından sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, komandanın cəzalı baş məşqçisi Samir Abasovu əvəzləyən gənc mütəxəssis əvvəlcə qarşılaşma haqda danışıb.

- Çətin oyun keçdi. İlk hissədə istədiyimiz kimi oynamadıq. Ancaq fasilədən sonra oyunumuzu bir az yaxşılaşdırdıq. Növbəti oyunlarda daha yaxşı oynayacağıq. İddialı "Zirə" yaratmaq istəyirk. Futbolçulardan razıyıq, əllərindən gələni etdilər.

- Mirsahib Abbasov sonradan meydana çıxaraq dubl etdi və az qala qəhrəman olacaqdı. Niyə əsas heyətdə yer almırdı?

- Bu, baş məşqçinin qərarıdır. Məşqlərə əsasən qərar vermişdik.

- Müdafiə xətti kobud səhvlərə yol verdi...

- Bəli, uşaq səhvlərindən qollar buraxdıq.

- Bilal Həmdini əvəzlədiniz. Ancaq onun yerinə meydana çıxan Vüsal İsgəndərli ümidləri doğrultmadı...

- Bilal komandaya gec qoşulub, zədəsi də olub. Hələ tam hazır deyil. Razıyam ki, Vüsal da özünü göstərə bilmədi


Son xəbərlər