"Keşlə"də yunanıstanlı yarımmüdafiəçi – rəsmi

"Keşlə"də yunanıstanlı yarımmüdafiəçi – rəsmi
XƏBƏR 26 Sentyabr 2018 / 15:10 3191
-  A +

“Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan Qol.az-a verilən məlumata görə, paytaxt təmsilçisi Giorgios Georgiadisin keçidini həll edib. Yunanıstanlı yarımmüdafiəçi ilə bu mövsümün sonunadək müqavilə imzalanıb. Ancaq hələlik 30 yaşlı futbolçunun adı sifariş ərizəsinə salınmayıb.

Qeyd edək ki, PAOK-un yetirməsi olan hücumameylli yarımmüdafiəçi müxtəlif illərdə "Panserraikos", "Veria", AEL, "Ermis" və "Doxa Drama"da forma geyinib.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı