"Qarabağ" Slavçevi havayı alıb?

"Qarabağ" Slavçevi havayı alıb?
ÖLKƏ FUTBOLU 26 Sentyabr 2018 / 13:27 5622
-  A +

“Qarabağ” mövsümün əvvəlində transfer etdiyi Simeon Slavçevə görə “Sportinq”ə pul ödəməyib.

Qol.az-ın xəbərinə görə, bu barədə Portuqaliyanın “A Bola” nəşri məlumat yayıb. Mətbu orqan yazıb ki, bolqarıstanlı yarımmüdafiəçi Ağdam klubuna havayı keçib. Lissabon təmsilçisi ehtiyatda qalan 25 yaşlı futbolçuya əməkhaqqı ödəməmək üçün “Qarabağ”dan təzminat istəməyib. “Sportinq” Slavçevlə yananşı, İspaniya “Jirona”sına keçən Seydu Dumbiyanı da havayı buraxıb.

Qeyd edək ki, Slavçev “Qarabağ”la 3 illik müqavilə bağlayıb.

Daha çox


Son xəbərlər