"Yaxşı formadayam" - Rüfət Dadaşov

"Yaxşı formadayam" -  Rüfət Dadaşov
XƏBƏR 26 Sentyabr 2018 / 11:34 3227
-  A +

Millimizin sabiq üzvü Rüfət Dadaşov  çıxış etdiyi “Proyssen”də  Almaniya 3-cü Liqasının 8-ci turunda het-trik etdiyi "Hansa" ilə matçdan sonra açıqlama verib.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, komandasının üç xal qazanmağının daha vacib olduğunu deyib: "Vacib olan qələbə qazanmaq idi. Komandamın və mənim  hədəfllərim var. Matç zamanı qol şanslarını gözləmək lazımdır. Mən də bu şanslardan istifadə etdim. Üçüncü liqada daha yaxşı oynadığımın fərqindəyəm. Yaxşı forma yığmışam".

R.Dadaşov komandasının 4:1 hesabı ilə qalib gəldiyi görüşün 2,6, 65-ci dəqiqələrində fərqlənib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord