Cüdoçumuz finalda uduzdu - dünya çempionatı

Cüdoçumuz finalda uduzdu -   dünya çempionatı
CÜDO 26 Sentyabr 2018 / 18:12 5381
-  A +

Bakıda davam edən cüdo üzrə dünya çempionatında bu gün fərdi mübarizəyə yekun vurulacaq.

Qol.az-ın məlumatına görə, yeddinci yarış günündə Azərbaycanın iki cüdoçusu - Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) tatami üzərinə çıxıb. Hər iki idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.

Kokauri ilk görüşündə belaruslu Vladislav Tsiarpitski ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn cüdoçumuz adını 1/8 finala yazdırıb. O, bu mərhələdə Aleksandr Qordiyenkoya (Ukrayna)  2 dəqiqə 9 saniyəyə ipponla qalib gəlib. Cüdoçumuz 1/4 finalda  Lukas Krpaleki (Çexiya) məğlub edib. Kokauri yarımfinalda Bekmurod Oltiboyevlə (Özbəkistan) qarşılaşıb. Kokauri 25-ci saniyədə ipponla qalib gəlib və gümüş medalı təmin edib. O, finalda gürcüstanlı Quram Tuşişvili ilə qarşılaşıb və rəqibinə uduzub.

Kindzerska isə litvalı Sandra Yablonskiteni məğlub edib. O, 1/8 finalda puerto-rikolu Melissa Moxikadan güclü olub.  27 yaşlı idmançı 1/4 finalda Larisa Çeriçə (Bosniya və Herseqovina) 1 dəqiqə 22 saniyəyə ipponla məğlub olub. O, bürünc medal qazanmaq üçün ilk təsəlliverici döyüşdə  türkiyəli Kayra Sayıta uduzub.

Qeyd edək ki, geridə qalan 6 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Zelim Kotsoyev (hər ikisi 100 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb.

Dünya çempionatına sentybarın 27-də keçiriləcək qarışıq komanda yarışları ilə yekun vurulacaq.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı