"Atletiko"dan "Sportinq"ə 30 milyon avro

"Atletiko"dan "Sportinq"ə 30 milyon avro
DÜNYA FUTBOLU 25 Sentyabr 2018 / 19:59 3865
-  A +

"Atletiko" "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq"ə 30 milyon avro təzminat ödəyəcək.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb futbolçu Qelson Martinsin bu yay Portuqaliya klubu ilə müqavilənin birtərəfli pozaraq azad agent kimi Madrid təmsilçisinə transfer olmasıdır.

Q.Martinsin "Atletiko"ya pulsuz transferindən sonra şikayət edən "Sportinq" Madrid təmsilçisi ilə təzminat məsələsində razılığa gəlib. Razılığa əsasən, "Atletiko" 30 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Q.Martins bu mövsüm 2 matçda oynayıb.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"