Yığmamız seçmə mərhələni 1 xalla başa vurdu

Yığmamız seçmə mərhələni 1 xalla başa vurdu
XƏBƏR 25 Sentyabr 2018 / 18:38 1621
-  A +

17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması sonuncu oyununu keçirib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, moldovalı həmyaşıdları ilə qarşılaşan yığmamız meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib. Komandamızın heyətində Seval Çakan fərqlənib.

3 oyundan cəmi 1 xal toplayan komandamız qrupu 3-cü sırada tamamlayıb və Avropa çempionatı ilə vidalaşıb.

Qeyd edək ki, qrupda ilk pilləni maksimum nəticə (9 xal) ilə İngiltərə millisi tutub. İslandiya 6 xalla 2-ci, Moldova isə 1 xalla sonuncu olub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı