"Real"da ciddi itki - 1 ay oynamayacaq

"Real"da ciddi itki -  1 ay oynamayacaq
DÜNYA FUTBOLU 25 Sentyabr 2018 / 17:25 2958
-  A +

Madrid “Real”ı ciddi itki ilə üzləşib.

Qol.az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, komandanın aparıcı üzvü İsko bir müddət komandasına kömək edə bilməyəcək.

Kor bağırsağında problem aşkarlanan  ispaniyalı yarımmüdafiəçi yaxın günlərdə əməliyyat olunacaq. Onun təxminən 1 ay meydana çıxa bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, İsko bu mövsüm La Liqada 5 oyuna 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı