"Keşlə"dən ayrıldı, "Sabah"a keçdi - rəsmi

"Keşlə"dən ayrıldı, "Sabah"a keçdi - rəsmi
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2018 / 16:07 2864
-  A +

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan Qol.az-a verilən məlumata görə, serbiyalı yarımmüdafiəçi Miloş Bosançiçlə mövsümün sonunadək müqavilə bağlanıb. 30 yaşlı futbolçu “Sabah”da 22 nömrəli formada çıxış edəcək.

Bosançiç karyerası ərzində Serbiyanın “Partizan” (2006-2008), OFK (2008), “Çukariçki” (2008-2009), “Srvena Zvezda” (2014-2015), Çexiyanın “Slovan Liberets” (2009-2012, 2017-2018), Portuqaliyanın “Boavişta” (2007-2008), Cənubi Koreyanın “Qyonqnam” (2013-2014), Taylandın “Tero Sasana” (2016-2017), Çinin “Qrintaun” (2015) klublarında çıxış edib.

Onun son komandası Bakının “Keşlə” klubu olub.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq