"Milan" rəhbərliyindən Qattuzoya son xəbərdarlıq

"Milan" rəhbərliyindən Qattuzoya son xəbərdarlıq
DÜNYA FUTBOLU 25 Sentyabr 2018 / 14:32 3470
-  A +

Qarşıdakı turlar "Milan"ın baş məşqçisi Cennaro Qattuzonun komandadakı gələcəyi baxımından həlledici ola bilər.

Qol.az-ın "Corriere dello Sport" nəşrinə istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi 40 yaşlı mütəxəssisə son xəbərdarlığını edib. Milan təmsilçisinin direktoru Leonardo hazırkı məqamda Qattuzonun qovulmasının müzakirə mövzusu olmadığını bildirsə də, məşqçidən komandanın oyununda müsbətə doğru dəyişiklik etməsini istəyib.

Qeyd edək ki, 5 turdan sonra 5 xal toplayan "Milan" hazırda 13-cü pillədə qərarlaşıb. "Rossonyerlər" rəqiblərindən 1 oyun az keçirib. Qattuzonun komandası növbəti turda səfərdə "Empoli" ilə qarşılaşacaq.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi