“Kilian, sən mütləq “Real” üçün oynamalısan” - Zidan

“Kilian, sən mütləq “Real” üçün oynamalısan” -  Zidan
DÜNYA FUTBOLU 25 Sentyabr 2018 / 13:33 4482
-  A +

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan PSJ-nin futbolçusu Kilian Mbappeni Madrid klubunda görmək istəyir.

Qol.azın xəbərinə görə, bunu İspaniyanın “Okdiario” kanalının “El Chiringuito” teleşousunun aparıcısı Eduardo İnda deyib.

İspaniyalı ekspert bildirib ki, Zidan ötən gün FİFA-nın ilin qaliblərini mükafatlandırdığı tədbirdə gənc hücumçuya “Real”a keçməyi məsləhət görüb:

“Zidan mərasimə hazırlıq zamanı Mbappe ilə qarşılaşdı və ona eynən belə dedi: “Kilian, sən mütləq “Real” üçün oynamalısan”.

Qeyd edək ki, bir müddətdir  19 yaşlı hücumçunun “Real”ın transfer hədəfində olması haqda xəbərlər yayılır.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı