İbrahim Üzülməzin əvəzinə Okan Buruk

İbrahim Üzülməzin əvəzinə Okan Buruk
DÜNYA FUTBOLU 25 Sentyabr 2018 / 01:20 2264
-  A +

Superliqada mübarizə aparan “Çaykur Rizespor”un yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İbrahim Üzülməzin gedişindən sonra boşalan postu Okan Buruk tutub. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Təyinatından sonra Buruk təyinatı ilə bağlı bunları deyib:

“Rizəlilər sosial media vasitəsi ilə mənə dəstək verdilər. Mən də onlarla birlikdə olmaq istədim. İnanıram ki, komandanı layiq olduğu yerə daşıyacağıq. Çempionatın sonuna 28 tur var. Səbr və inamla əlimizdən gələni edəcəyik. Azarkeşlərin də hər zaman komandanın yanında olmasını istəyirəm”.

Qeyd edək ki, “Çaykur Rizəspor” 6 turdan sonra 3 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı