Şeydayev yenə ehtiyatda qaldı

Şeydayev yenə ehtiyatda qaldı
ÖLKƏ FUTBOLU 24 Sentyabr 2018 / 21:45 1709
-  A +

Milli komandamızın üzvü Ramil Şeydayev formasını geyindiyi “Krılya Sovetov”da yenə ehtiyatda qalıb.

Qol.az-ın məlumatına görə, 22 yaşlı hücumçu komandasının Rusiya Premyer Liqasının 8-ci turunun “Krosnadar”ı qəbul etdiyi matçı kənardan izləyib.

Futbolçumuzun adı görüşün iştirak ərizəsinə salınsa da, o, baş məşqçi ona şans verməyib.
Qarşılaşma “Krosnadar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. 8 turdan sonra 7 xal toplayan “Krılya Sovetov” 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Ramil bundan əvvəlki 3 oyunda da ehtiyatda qalıb. Gənc hücumçu Samara klubunun heyətində cəmi 1 oyun keçirib.

 

Daha çox


Son xəbərlər
23.10.18  15:30

Ya Konte, ya da Hazard

23.10.18  00:53

"Arsenal"dan qələbə