Avroliqada klub sayının azaldılacağı təsdiqləndi – 48-dən 32-yə

Avroliqada klub sayının azaldılacağı təsdiqləndi – 48-dən 32-yə
DÜNYA FUTBOLU 24 Sentyabr 2018 / 17:15 5919
-  A +

Avropa Liqasının qrup mərhələsində iştirak edən klubların sayının 48-dən 32-yə endiriləcəyi rəsmən təsdiqlənib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə  görə, bu barədə Avropa Klublar Assosiasiyasının və “Yuventus”in prezidenti Andrea Anyelli məlumat verib.

O, Çempionlar Liqası və Avropa Liqasından sonra klublar arasında üçüncü yarışın təşkili üçün bu addımı atmağı düşündüklərini vurğulayıb: "Üçüncü yarışın üzərində işləyirik. Bu, klublar üçün çox yaxşı turnir olacaq. Onların Avropa yarışlarına qatılma şansları daha çox olacaq. UEFA ilə biz Avropa Liqasında komandaların sayının 48-dən 32-yə endirmək məsələsinə baxırıq.

Biz bu fantastik idman növündə ən böyük balansı istəyirik. Çünki futbol dünyada ən gözəl idman növü olaraq qalır".

Qeyd edək ki, Avropada üçüncü klub turnirinin  2021/22 mövsümündən başlanması gözlənilir. Məhz həmin mövsümdən də Avroliqada iştirakçı komandaları sayı 48-dən 32-yə enəcək.


Son xəbərlər