Bu gün İstanbulda derbi var

Bu gün İstanbulda derbi var
XƏBƏR 24 Sentyabr 2018 / 17:04 2618
-  A +

Bu gün Türkiyə superliqasında 6-cı tura İstanbul derbisi ilə yekun vurulacaq.

Qol.az-ın xəbərinə görə, turun son oyununda “Fənərbaxça” “Beşiktaş”ı qəbul edəcək.

Görüş Bakı vaxtı ilə saat 22.00-da başlanacaq. Matçı Fırat Aydınus idarə edəcək. Ona Serkan Ok və Aleks Taşçıoğlu köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Alper Ulusoy yerinə yetirəcək.

Qeyd edək ki, 5 oyundan sonra "Beşiktaş" 10 xalla 5-ci, "Fənərbaxça" isə 6 xalla 13-cü yeri tutur. Birinci pilləni tutan "İstanbul Başakşehir"in 6 oyundan 13 xalı var.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı