"Arsenal"ın müdafiəçisi zədələndi

"Arsenal"ın müdafiəçisi zədələndi
DÜNYA FUTBOLU 24 Sentyabr 2018 / 13:39 1406
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal"ın futbolçusu Sokratis Papastatopulos zədələnib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, İngiltərə Premyer Liqasının 6-cı turunda "Everton"a qarşı matçın (2:0) 39-cu dəqiqəsində dizindən zədə alıb və məcburi əvəzlənib. 30 yaşlı müdafiəçinin zədəsinin ciddi olub-olmadığı bu gün  tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, "Qarabağ" Avroliqada növbəti oyununu oktyabrın 4-ü evdə “Arsenal”a qarşı keçirəcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın