Messi də FİFA-nın tədbirindən imtina etdi

Messi də FİFA-nın tədbirindən imtina etdi
DÜNYA FUTBOLU 24 Sentyabr 2018 / 12:23 3337
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi FİFA-nın bu gün Londonda təşkil edəcəyi mükafatlandırma mərasimində iştirak etməyəcək.

Qol.az-ın "Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, ilin ən yaxşı qolu adına namizədlər arasında yer alan Argentina millisinin kapitanı şəxsi səbəblərdən bu tədbirə qatılmayacaq.

Qeyd edək ki, L.Messi 12 ildən sonra FİFA-nın  açıqladığı ən yaxşı futbolçu adına üç namizəd arasında yer almayıb. Namizədlər Kriştiano Ronaldo ("Real"/"Yuventus", Portuqaliya), Luka Modriç ("Real", Xorvatiya) və Məhəmməd Salahdır ("Liverpul", Misir).

Xatırladaq ki, bundan əvvəl K.Ronaldanın FİFA-nın tədbirinə getməyəcəyi barədə xəbərlər yayılıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı