"Günah özümüzdədir, qoldan sonra arxayınlaşdıq" - "Neftçi"nin futbolçusu

"Günah özümüzdədir, qoldan sonra arxayınlaşdıq" - <b style="color:red">"Neftçi"nin futbolçusu</b>
ÖLKƏ FUTBOLU 24 Sentyabr 2018 / 11:31 1648
-  A +

"Neftçi”nin yarımmüdafiəçisi Qoran Paratski "Zirə” ilə oyundan sonra klubun rəsmi saytına müsahibə verib. Qol.az-ın məlumatına görə, qələbə qolunun müəllifi olan xorvatiyalı futbolçu zədəsinin ciddi olmayacağına ümid edir.

- "Neftçi”nin heyətində qol hesabını açdınız. Çox möhtəşəm qol alındı...

- Doğrudan da gözəl qol oldu. Amma bu qolun vacibliyi gözəlliyindən daha çoxdur. Çünki komandamıza qələbə qazandırdı. Bununla belə, təbii ki, "Neftçi”nin heyətində ilk qolu vurduğuma görə şadam.

- Oyun haqda nə deyə bilərsiniz?

- Çətin oldu. Günah özümüzdədir. Çünki erkən qoldan sonra sanki arxayınlaşdıq, düşündük ki, artıq qələbə qazanmışıq. Amma buraxılan qoldan sonra komanda öz gücünü, xarakterini göstərə bildi, ikinci qolu vurub və 3 xal qazandı. Bu, bizi ikiqat sevindirir. Düşünürəm ki, mövsümboyu belə çətin oyunlar olacaq. Hər oyunda qalib gəlmək üçün çalışmalıyıq.

- Fasilədə baş məşqçi Roberto Bordin komanda üzvlərinə nə dedi?

- Elə mən düşündüyümü dedi. Dedi ki, qoldan sonra çox arxayın oynamağa başladınız. Komanda özünü buraxmamalıdır, boşalmaq olmaz, toparlanmaq lazımdır. Rəqibə qarşı pressinq tətbiq edəndə, bu öz bəhrəsini verir. Baş məşqçi həmçinin bizə tapşırdı ki, topu çox saxlayaq. Gördüyünüz kimi, onun tövsiyələri ikinci hissədə bəhrəsini verdi.

- "Zirə” ilə oyun təkcə qol vurmağınızla yadda qalmadı. Həm də zədələndiniz. Zədəniz nə dərəcədə ciddidir?

- Hələ bilmirəm, amma həm ümid edirəm, həm də düşünürəm ki, ciddi zədə deyil.

 

Daha çox


Son xəbərlər
20.10.18  17:04

"Real" evdə uduzdu