“Qalatasaray”dan böyükhesablı məğlubiyyət

“Qalatasaray”dan böyükhesablı məğlubiyyət
DÜNYA FUTBOLU 24 Sentyabr 2018 / 01:20 3445
-  A +

Türkiyə Superliqasında 6-cı turun oyunları davam edir.

Qol.az xəbər verir ki, son çempion “Qalatasaray” səfərdə “Akhisar Belediyyespor”un qonağı olub.

Birinci hissənin sonunda penalti vurmaq şansı qazanan Fatih Terimin komandası Rodrigezin qeyri-dəqiqliyi ilə hesabı açmaq şansını əldən verib.

İkinci yarıda rəqib qarşısında aciz qalan “Qalatasaray” qapısında 3 cavabsız qol görüb.

“Akhisar Belediyyespor” - “Qalatasaray” 3:0
Qollar:
Manu, 51, Vural, 80-pen,Yumlu, 84

Bu yenilgidən sonra əvvəlki kimi 12 xalda qalan “Qalatasaray” ikinci pillədə qərarlaşıb. Mövsümdə ilk qələbəsini qazanan Akhisar təmsilçisi isə 5 xalla 14-cü yeri tutur.


 

 

Daha çox


Son xəbərlər