"Gecə yatanda da "Qarabağ" haqda fikirləşirəm" - Con Delarj

"Gecə yatanda da "Qarabağ" haqda fikirləşirəm" - <b style="color:red"> Con Delarj</b>
MÜSAHİBƏ 24 Sentyabr 2018 / 00:15 3520
-  A +

“Qarabağ”ın futbolçusu Con Delarj Topaz Premyer Liqasının 5-ci  turunda “Qəbələ”ni 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, ilk olaraq qələbəni şərh edib:

- Ağır oyun keçdi. Təbii ki, “Sportinq” məğlubiyyətindən sonra qələbə qazanmaq vacib idi. Sevinirəm ki, bunu bacardıq. Məncə, bu qələbə növbəti oyunlar üçün bizə motivasiya verəcək.

- Bu gün qol vurdun. Öz oyunun haqda nə deyə bilərsən?

- Uzun müddət meydana çıxa bilməmişdim. Öz oyunu göstərmək üçün vaxt lazım idi. Yavaş-yavaş oyunumu daha da yaxşılaşdırıram. Avroliqada meydana çıxıb, çıxmayacağıma məşqçimiz qərar verəcək. Heyətimizdə 25 futbolçu var. Hər kəs oynamaq istəyir. “Sportinq”lə matçda oynamadım, amma ola bilər ki, “Arsenal”la oyunda meydanda olum.

- “Bursaspor”dan ayrıldıqdan sonra Türkiyə mətbuatında qalmaqallı futbolçu olduğun haqda xəbərlər yazılmışdı. Məşqlərə vaxtlı-vaxtında gəlmədiyin iddia olunurdu...

- Bu xəbərləri Türkiyə mətbuatı yox, “Bursaspor” mətbuatı yaymışdı. Keçmiş komandam “Bursaspor”a hörmətlə yanaşıram. Amma bu xəbərlər məqsədli şəkildə yayılmışdı. Həmin vaxt komandamızdan 16 nəfər ayrılmışdı. Kludakı maliyyə problemləri öz sözünü demişdi. Məşqlərə qatılmamağımın səbəbi 5-6 ay maaş ala bilməməyim idi. Məndən başqa, 16 futbolçuda da vəziyyət beləydi. Məncə, öz maaşımı istəmək mənim haqqım idi. Hələ də borcları qalıb. Bu səbəbə görə orada oynamaq istəmirdim. İndi mən “Bursaspor”a ancaq televiziya arxasından baxıram. Hazırda mənim əsas fikrim “Qarabağ”dır. Gecə yatanda da, duranda da “Qarabağ” haqda fikirləşirəm. Mənim haqda yayılan məlumatlar yalandan başqa bir şey deyildi.

- “Qarabağ”a yeni qoşulmağına baxmayaraq, Azərbaycan futbolu haqda nə deyə bilərsən?

- Premyer Liqada komanda sayı Türkiyədəki kimi çox olmasa da, məncə, yaxşı səviyyədədir. Ölkənin komandası Avropa Liqasının qrup mərhələsində çıxış edirsə, bu, yaxşı haldır. Çempionatın səviyyəsi normaldır.

 

Daha çox


Son xəbərlər
12.12.18  22:03

"Liverpul"da ciddi itki

12.12.18  20:01

Pike klub aldı