"Hazard meydanda rəqib müdafiəçilərlə məzələnir" - Kovaçiç

"Hazard meydanda rəqib müdafiəçilərlə məzələnir" - Kovaçiç
DÜNYA FUTBOLU 23 Sentyabr 2018 / 16:53 2948
-  A +

“Çelsi”nin mövsümün əvvəlində “Real”dan icarəyə götürdüyü Mateo Kovaçiç yeni komandanın lideri Eden Hazardın çıxışı haqda danışıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, xorvatiyalı futbolçu Hazardın inanılmaz oyunçu olduğunu bildirib. Kovaçiç rəqib müdafiəçilərin belçikalıya qarşı həddindən artıq kobud oynadığını da söyləyib:

“Hesab edirəm ki, onda futbolçuya lazım olan hər şey var. Müdafiəçilərin sərt oyununa baxmayaraq, hər zaman ayaqda qalmağı bacarır. Məni təəccübləndirən əsas məqam budur. İngiltərə Premyer Liqası həqiqətən çox çətindir. Burada gərgin mübarizə gedir. Deyərdim ki, dünyanın ən mürəkkəb çempionatıdır. Hazard isə belə bir çempionatda müdafiəçilərlə sadəcə, məzələnir. O, inanılmaz futbolçu və yaxşı insandır”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord