Yaponiya millisində italiyalı baş məşqçi?

Yaponiya millisində italiyalı baş məşqçi?
DÜNYA FUTBOLU 23 Sentyabr 2018 / 16:20 1081
-  A +

Ötən mövsümün sonunda “Bolonya”dan ayrılan Roberto Donadoni Yaponiya millisini çalışdıra bilər.

Qol.az-ın “La Gazzetta dello Sport”a istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis sözügedən ölkənin futbol federasiyası ilə danışıqları yekunlaşdırmaq üzrədir. Təcrübəli məşqçinin müqavilənin son detallarını müzakirə etmək üçün artıq Yaponiyaya yollandığı bildirilir.

Qeyd edək ki, Donadoni məşqçi karyerası ərzində İtaliya millisi, “Leççe”, “Livorno”, “Cenoa”, “Napoli”, “Kalyari”, “Parmo” və “Bolonya” kimi klubları çalışdırıb.
 

Daha çox


Son xəbərlər
23.10.18  15:30

Ya Konte, ya da Hazard

23.10.18  00:53

"Arsenal"dan qələbə