Klopp 600-ə çatdı

Klopp 600-ə çatdı
DÜNYA FUTBOLU 23 Sentyabr 2018 / 14:45 1609
-  A +

İngiltərə Premyer Liqasının 6-cı turunun “Sauthempton”la oyunu (3:0) “Liverpul”un baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu, alman mütəxəssisin bütün çempionatlarda keçirdiyi 600-cü matç kimi tarixə düşüb. Təcrübəli çalışdırıcı bu göstəriciyə 3 fərqli klubun – Almaniyada “Maynts” və “Borussiya”, İngiltərədə isə “Liverpul”un baş məşqçisi kimi nail olub. 600 oyunun 296-sında qələbəyə sevinən Klopp 146 qarşılaşmada məğlubiyyət acısı yaşayıb. 158 görüş isə heç-heçə başa çatıb.

Qeyd edək ki, bu mövsüm Kloppun başçılığı altında Premyer Liqada keçirdiyi 6 oyunda maksimum nəticə göstərən “Liverpul” 18 xalla turnir cədvəlinə başçılıq edir.

 

 

Daha çox


Son xəbərlər