"Biz "Zirə"dən daha istəkli idik" – "Neftçi"nin futbolçusu

"Biz "Zirə"dən daha istəkli idik" – "Neftçi"nin futbolçusu
PREMYER LİQA 23 Sentyabr 2018 / 13:47 2497
-  A +

"Oyunun bu tempdə keçəcəyini gözləyirdik. Çünki "Zirə”nin baş məşqçisi Samir Abasovun necə məşq keçdiyini bilirəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin müdafiəçisi Tural Axundov Topaz Premyer Liqanın 5-ci turunda səfərdə “Zirə”ni məğlub etdikləri oyundan (2:1) sonra klubun rəsmi saytına açıqlamasında deyib. Təcrübəli futbolçu oyundan əvvəl qələbə qazanacaqlarına inandığını bildirib:

“Rəqibin istəkli olduğu görünürdü. Bununla belə, biz onlardan daha istəkli idik. Düzdür, hesabı açandan sonra sanki bizdə arxayınlaşma oldu. Amma rəqib hesabı bərabərləşdirəndən sonra özümüzə gəlib qol vurduq. Qalib gələcəyimizə inanırdıq və bunu bacardıq. Artıq gələn oyuna köklənməliyik”.

Qeyd edək ki, "Neftçi" 6-cı turda evdə "Səbail"i qəbul edəcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın