“Biz məğlub olmağa layiq deyildik. Məncə, qələbəyə layiq idik. “Neftçi”dən güclü idik. Sadəcə, onlar şanslarından maksimum yararlandı. Bəxtləri gətirdi, vurduqları iki zərbə də qol oldu. Futbol belədir. Nə qədər yaxşı mübarizə aparsan da, bəzən hesab istəmədəyin kimi olur”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin futbolçusu Pərdis Fərcad-Azad Topaz Premyer Liqasının 5-ci turunda “Neftçi”yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, son dəqiqələrdə yararlana bilmədiyi epizodu şərh edib: “Son dəqiqədə əlimə yaxşı şans düşdü. Həmin şansdan yararlana bilmədim. Həmin epizodda qol vursaydım, bir xal qazana bilərdik. Heyf ki, alınmadı”.
30 yaşlı hücumçu son zərbələri qola çevirməkdə çətinlik çəkdiklərini deyib: “Samir müəllim gəldikdən sonra bizim oyunumuz daha yaxşı alınır. Özünüz də gördünüz ki, necə mübarizə apardıq. Son zərbəni dəqiq yerinə yetirməkdə çətinlik çəkirik. Məşqçimiz yenidir. Meydanda bir-birimizi başa düşmək üçün vaxt lazımdır. Amma inanıram ki, növbəti oyunlarda daha yaxşı olacaq".
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində