"Neymar futbolun Kim Kardaşyanıdır" – ingilis məşqçi

"Neymar futbolun Kim Kardaşyanıdır" –<b style="color:red"> ingilis məşqçi</b>
DÜNYA FUTBOLU 22 Sentyabr 2018 / 12:51 3299
-  A +

İngiltərə millisinin sabiq üzvü Coui Barton PSJ-nin hücumçusu Neymarı tənqid edib.

Qol.az-ın “L`Eqiupe” nəşrinə istinadən yaydığı xəbərə görə, veteran futbolçu Braziliyalı forvardın Kriştiano Ronaldo və Lionel Messidən zəif olduğunu bildirib. Hətta Barton Neymarı erməni model və aktrisa Kim Kardaşyana bənzədib.

“Neymar dünyanın ən yaxşı oyunçusu deyil. Son dünya çempionatı da fikirlərini təsdiqlədi. O, Ronaldo və Messi ilə eyni səviyyədə deyil. Dünyada ondan yaxşı futbolçular var. Neymar futbol yox, marketinq fenomenidir. Deyərdim ki, Neymar da futbolun Kim Kardaşyanıdır.

İndi çoxları top-klubları dəstəkləyir. Hazırda futbolla məşğul olan oğlum özünü Messi, Salah və Ronaldo kimi dünya ulduzları olaraq təqdim edir. Özünü nə Neymar, nə də Keynə bənzədir. Bizim evdə Neymarın adı çəkilmir”.

Qeyd edək ki, Barton hazırda “Flitvud Taun” klubunu çalışdırır.
 

Daha çox


Son xəbərlər
20.10.18  17:04

"Real" evdə uduzdu