"Bakıda "Sportinq"ə qalib gələ bilərik" - Emeqara

"Bakıda "Sportinq"ə qalib gələ bilərik" -  Emeqara
ÖLKƏ FUTBOLU 21 Sentyabr 2018 / 17:36 3817
-  A +

"Ağır oyun oldu. Matçın ilk hissəsini yaxşı keçirdik. Güclü rəqibə uduzduq. "Sportinq"ə qarşı evdə yaxşı oynaya və onlara qalib gələ bilərik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu İnnosent Emeqara Avropa Liqasının qrup mərhələsində səfərdə "Sportinq"ə uduzduqları (0:2) oyundan sonra azərbaycanlı jurnalistlərə açıqlamasında deyib. 

Bir neçə qol imkanından yararlana bilməyən isveçrəli hücumçu Bakıda bu rəqiblə keçiriləcək oyunda yaxşı nəticə qazanmağın mümkün olduğunu bildirib: "Mənim bir neçə şansım oldu. İkinci hissədəki epizodum daha yaxşı idi. Ancaq rəqib qapıçı düzgün mövqeydə dayanmışdı. Növbəti oyunları düşünməliyik".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord