Klublarlarımızın UEFA reytinqindəki mövqeyi açıqlandı

Klublarlarımızın UEFA reytinqindəki mövqeyi açıqlandı
ÖLKƏ FUTBOLU 21 Sentyabr 2018 / 16:50 2758
-  A +

Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, klublarımızdan ən yaxşı göstəriciyə malik "Qarabağ”dır.

Ağdam təmsilçisi 19,500 xalla 66-cı sırada qərarlaşıb. Avropa Liqasının qrup mərhələsində ötən gün "Sportinq"ə uduzaraq 2 pillə geriləməsinə baxmayaraq, Azərbaycan çempionu İspaniyanın “Valensiya”, İtaliyanın “Milan” kimi klublarını geridə qoyub.

Azərbaycnın digər klubu "Qəbələ" 6,250 xalla 160-cı pillədədir. "Keşlə", “Neftçi”, "Zirə" və "Kəpəz" isə 3.700 xalla  müvafiq olaraq 278, 279, 280 və 281-ci yerdə qərarlaşıb.
 

Daha çox


Son xəbərlər
12.12.18  22:03

"Liverpul"da ciddi itki

12.12.18  20:01

Pike klub aldı

12.12.18  12:29

"İnter" - PSV - Video