Prezident dünya çempionatının açılışında

Prezident dünya çempionatının açılışında
XƏBƏR 21 Sentyabr 2018 / 16:03 2082
-  A +

Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

Qol.az-ın xəbərinə görə, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer mərasimdə çıxış etdiblər.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cüdo üzrə dünya çempionatını açıq elan edib.

Tədbirdə Azərbaycan Respublikasının dövlət himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib. Ardınca Azərbaycanın incəsənət xadimlərinin məxsusi olaraq tədbir üçün hazırlanmış çıxışları təqdim olunub.

Açılış mərasimi dünya şöhrətli italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb.

Qeyd edək ki, sentyabrın 27-dək davam edəcək cüdo üzrə dünya çempionatında 125 ölkədən 800-dək idmançı mübarizə aparır. Azərbaycan çempionatda 9 kişi və 6 qadın idmançı ilə təmsil olunur.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı