"Qarabağ"la oyun gözlədiyimizdən də çətin oldu" - Rafinya

"Qarabağ"la oyun gözlədiyimizdən də çətin oldu" -  Rafinya
ÖLKƏ FUTBOLU 21 Sentyabr 2018 / 15:00 3221
-  A +

"Avroliqaya qələbə ilə başlamaq çox vacib idi. Biz bilirdik ki, "Qarabağ"la oyun asan olmayacaq. Ancaq görüş gözlədiyimizdən də çətin oldu".

Qol.az-ın məlumatına görə, bu sözləri "Sportinq"in futbolçusu Rafinya Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qalib gəldikləri oyundan sonra deyib.

Braziliyalı yarımmüdafiəçi "Sapo Desporto"ya açıqlamasında 2:0 hesablı qələbəni belə şərh edib: "Rəqib çox yaxşı oyun nümayiş etdirdi. Ona görə də qol imkanları yaratmaqda çətinlik çəkirdik. İlk hissədə hər iki komandanın qol vurmaq fürsəti oldu. İkinsi hissədə qol şansımızı qaçırmadıq və iki dəfə rəqib qapısına yol tapdıq".

"Sportinq"in ilk qolunun, 2-ci qolda ötürmənin müəllifi olan Rafinya bu barədə də fikirlərini bildirib: "Komandama 3 xal qazanmaqda kömək etidiyim üçün şadam. Növbəti oyunlarda köməyimi davam etdirəcəm".

Daha çox


Son xəbərlər