“Futbolçulardan razı qaldım” - Qurban Qurbanov

“Futbolçulardan razı qaldım” - <b style="color:red"> Qurban Qurbanov</b>
MÜSAHİBƏ 21 Sentyabr 2018 / 01:42 5366
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə “Sportinq”ə səfərdə 0:2 hesabıyla uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, tərübəli mütəxəssis əvvəlcə qarşılaşma barədə fikirlərini açıqlayıb:
 

- Öncə rəqibi qələbə münasibətilə təbrik edirəm. Bilirdik ki, çətin olacaq. Ancaq futbolçularımız pis təsir bağışlamadı. Oyunun təşkilində hər şey düşündüyümüz kimi alındı. Sadəcə, birinci qolda əks-hücumlardan istifadə etdilər, ikinci isə kobud səhvimizdən oldu. Futbolçulardan razı qaldım. Düşünürəm ki, qarşıdakı görüşlərdə daha yaxşı oynayacağıq.

- Bu oyundan sonra əmin oldunuz ki, qrupda çıxmağa əsas namizədlər "Arsenal"la "Sportinq"di?

- Əvvəlcədən də belə düşünürdük. Ancaq "Vorskla"nı da yaddan çıxarmaq olmaz. Onlar da 2-ci yer üçün mübarizə aparacaqlar. Təcrübəyə baxanda, görünən odu ki, "Arsenal"la "Sportinq"lə ilk yerə əsas namizəddi. Ancaq mübarizəmizi sonadək aparacağıq.

- Azərbaycanlı futbolçulardan çəkdiyimiz nədi? Neçə illərdi qrupda oynayırlar...

- Komandada heç kimə ayrı-seçkilik etmirəm. Hamısı bizim üçün oynayırlar. Heç kəsə ayrılıqda etirazım, narazılığımı bildirmək istəmirəm. Ola bilər ki, belə oyunlarda həmin gənclərin təcrübələri çatmır. Hər birindən razıyam və bu futbolçularla "Qarabağ" bu səviyyəyə çatıb. Komandamızın uğurunda hər birinin payı var.

- Məğlubiyyətin əsas səbəbini nədə görürsüz?

- Oyunun gedişatı haqda məlumat verdim. Səfərdə, "Sportinq"ə qarşı oynayırdıq. Bəlkə 3-cü qol da ola bilərdi, çünki daha çox irəli atılmaq istəyirdik.

- Komanda qollar buraxanda çox zəif təsir bağışladı. Bu, hazırsızlıqla bağlıdı, yoxsa "Sportinq"in sürətli oyununa tab gətirə bilmədik?

- Belə sualı gözləməzdim. Bu oyuna yaxşı hazırlaşmışdıq. Futbolda sadəcə, texniki səhvlərdən qollar vurulur. Ümumi taktika baxımdan futbolçular tam hazır idilər. Mənim də oyuna müdaxiləm, hər şey qaydasında idi. Sadəcə, Maksimin zədələnməsi hücum xəttinin güclənməyimizin qarşısını aldı. Hər şey düşündüyüz kimi deyil.

- Emeqara əlinə düşən yüzfaizli qol şanslarından yararlana bilsəydi, hər şey fərqli ola bilərdi?

- Fərq yüz faiz olacaqdı, çünki hesab dəyişiləcəkdi. Emeqara ikinci hissədə də qol şansından istifadə edə bilmədi. Hər qol komandaya özünəinam verir. Ancaq bunu edə bilmədik. Emeqara bu gün çox çalışdı. Oyunundan razı qaldım.

- Futbolçular psixoloji cəhətdən sanki hazır deyildi. Xüsusilə də buraxdıqları ilk qoldan sonra...

- Əfsuslar olsun ki, uduzanda suallar çox olur, problemlər üzə çıxır. Bir şeyi düşünək ki, "Sportinq"ə qarşı oynayırdıq və evdə hesabda üstünlük qazanan komanda daha rahat oynayır. Bəzən futbolda elə komponentlər olur ki, hər şeyi 10-15 dəqiqəyə dəyişmək çətindi. Futbolçuları başa düşmək lazımdı. Ola bilər ki, heç nədən qol buraxmağımız onlara psixoloji cəhətdən təsir etdi. Bu, qrupda ilk mövsümümüz deyil və belə şeylərə hazır olmaq lazımdı. "Arsenal"la Bakıda bizi çətin sınaq gözləyir və bu matça yaxşı hazırlaşmalıyıq.

 

Daha çox


Son xəbərlər