"Sportinq"dən azarkeşlərə müraciət - "Qarabağ"la oyun öncəsi

"Sportinq"dən azarkeşlərə müraciət - "Qarabağ"la oyun öncəsi
ÖLKƏ FUTBOLU 20 Sentyabr 2018 / 16:06 4679
-  A +

Avropa Liqasının qrup mərhələsinin ilk turunda bu gün "Qarabağ"ı qonaq edəcək "Sportinq" klubu öz azarkeşlərinə müraciət ünvanlayıb.

Qol.az-ın Portuqaliya mətbuatına istinadən yaydığı xəbərə görə, ötən mövsüm "Atletiko" ilə oyundan sonra UEFA-nın verdiyi cəzanı xatırladan Lissabon təmsilçisi eyni halın təkrarlanmaması üçün azarkeşlərdən stadiona partlayıcı və yanıcı maddələr gətirməməyi, eyni zamanda, meydançaya yad əşyalar atmamağı xahiş edib.

Qeyd edək ki, ötən mövsüm Avropa Liqasının 1/4 final mərhələsinin "Atletiko" ilə cavab oyununda (1:0) "Sportinq" azarkeşlərinin meydana atdığı əşyalardan biri hakimə dəymişdi. Hadisəni araşdıran UEFA Portuqaliya klubuna cəza vermişdi. Bu səbəbdən "Qarabağ"la bu gün keçiriləcək qarşılaşmada "Joze Alvalade" stadionunda 3 min nəfərlik yer boş qalacaq.

Xatırladaq ki, "Sportinq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı