"Sportinq"ə sürpriz etmək istəyirik" - Jezniçak

"Sportinq"ə sürpriz etmək istəyirik" - Jezniçak
MÜSAHİBƏ 20 Sentyabr 2018 / 12:15 4202
-  A +

"Qarabağ"ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin ilk turunda bu gün "Sportinq"lə keçirəcəkləri oyundan danışan 31 yaşlı futbolçu rəqibə sürpriz hazırladıqlarını bildirib.

- Lissabona oyundan 2 gün əvvəl gəlməyiniz nə ilə bağlıdır?

- Bakıda Lissabona səfərimiz çox uzun - 7 saat çəkir. Demək olar ki, bütün Avropanı dolaşırıq. Həmişə bu cür matçlara 1 və ya 2 gün öncə gəlirik. Belədə komandanın istirahət üçün də vaxtı olur.

- Portuqaliyaya bütün komanda ilə gəlmisiniz. Halbuki onların bəziləri zədəlidir və meydana çıxa bilməyəcəklər...

- Bura 25 futbolçu, həmçinin təlim heyəti və masajçılarla gəlmişik. Bizdə belə bir adət var ki, oynaya bilməyən futbolçular da komanda ilə səfərə çıxırlar. Hər şey elə təşkil olunub ki, hamı bir yerdə olmalıdır.

- "Sportinq" qarşısında şanslarınızı necə dəyərləndirirsiniz?

- Hadisələrin gedişi göstərir ki, start heyətində meydana çıxacağam. "Sportinq"ə sürpriz etmək istəyirik. Çünki mütəxəssislərin çoxu bu görüşdə Lissabon klubunun qələbə qazanacağını gözləyir. Ümid edirəm ki, 90 dəqiqənin sonunda hədəfə çatan biz olacağıq.

- Çempionlar Liqasında mübarizəni dayandırsanız da, son illər ardıcıl olaraq Avropa Liqasının qrupunda çıxış etməyiniz göstərir ki, artıq qitənin ən yaxşı klubları ilə oynaya bilirsiniz...

- "Qarabağ" ardıcıl 5 ildir avrokubokların qrup mərhələsində çıxış edir. Bu il Çempionlar Liqasında bəxtimiz gətirmədiyi üçün Avroliqaya düşdük. Ancaq burada da "Arsenal" və "Sportinq" kimi ÇL səviyyəsində komandalarla düşdüyümüz üçün şanslıyıq. "Vorskla" nisbətən zəif görünür, ancaq bu cür turnirlərdə belə komandaların necə irəli getdiyini yaxşı bilirik. Xüsusilə Ukrayna klublarına qarşı daha yaxşı hazırlaşmalıyıq.

- Sizcə, "Joze Alvalade"də "Sportinq"ə qol vurmaq nə etmək lazımdır? Mənə görə, əvvəlki oyunlarda olduğu kimi topla çox oynaya bilməyəcəksiniz...

- Burada sizi bir qədər təəccübləndirməliyəm. Çünki baş məşqçi taktiki hazırlıqda tez-tez bizi fərqli mövqelərə qoyur. Heç də ancaq müdafiə olunmaq haqda düşünmürük. Baş məşqçimizin fəlsəfəsi elədir ki, heç kimdən qorxmuruq və bütün rəqiblərə qarşı yaxşı futbol oynamağa çalışırıq. Bunu ötən il Çempionlar Liqasında da göstərdik. Hətta "Atletiko" ilə oyunlarda topa sahib olma nisbəti bizim tərəfimizdə idi. Hər matçda eyni cür oynamaq istəyirik. "Sportinq"in üstün tərəflərini yaxşı bilirik. Portuqaliya klublarının sürətli hücumlar qurmasından xəbərimiz var. Onları dayandırmalı və topu çox bir-birilərinə ötürmələrinə imkan verməməliyik.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki