"Son ana qədər döyüşəcəyik" - Filip Ozobiç

"Son ana qədər döyüşəcəyik" - <b style="color:red">Filip Ozobiç</b>
ÖLKƏ FUTBOLU 19 Sentyabr 2018 / 23:00 2719
-  A +

"Sportinq" yaxşı komandadır. Düşünürəm ki, məşqçi bizə rəqibin yaxşı və pis tərəflərini göstərib. Məşqçimizin dediklərinə əməl edə bilsək, yaxşı nəticə əldə edə bilərik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Sportinq"lə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Güclü komandaya qarşı oynayacağımızı bilirik. Son ana qədər döyüşəcəyik. Yaxşı oyun göstərmək niyyətimiz var. Bakıya yaxşı nəticə ilə qayıtmaq əla olacaq" - deyə o bildirib.

Xorvatiyalı oyunçu komanda üçün əlindən gələnin ən yaxşısını edəcəyinə çalışacağını söyləyib: "Almeyda çox yaxşı futbolçudur, onun çıxışı, oyun tərzi xoşuma gəlir. Ancaq onun tərzi mənim tərzimlə eyni deyil. Məşqlərdə daha çox çalışıram. Ümid edirəm ki, komandam üçün əlimdən gələnin ən yaxşını edəcəyik".

 

 

Daha çox


Son xəbərlər
18.10.18  23:00

UEFA-dan PSJ-yə cəza