Rəşad "Sportinq"ə qarşı oynamayacaq - Qurban Qurbanovdan açıqlama

Rəşad "Sportinq"ə qarşı oynamayacaq -  Qurban Qurbanovdan açıqlama
ÖLKƏ FUTBOLU 19 Sentyabr 2018 / 11:45 4734
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Sportinq”lə ilk oyun öncəsi komandanın zədəli futbolçuları ilə bağlı açıqlama verib.

Qol.az-ın sport24.az-a istinadən yaydığı xəbərə görə, o deyib: “Simeon Slavçevlə Dani Kintana “Sportinq”lə oyunu dəqiq buraxacaq. Ancaq Slavçev artıq fizioterapevtin nəzarəti altında qaçmağa başlayıb. Dani də bərpa prosesi keçir. Miçel isə 2 gündür komandayla məşq edir”.

 Baş məşqçi kapitan Rəşad Sadıqovun oynamayacağını da dilə gətirib: "Dizindən zədə alıb. Azı 4-5 gün dincəlməlidir. Amma o, bir daha müayinədən keçəcək. Görünən odur ki, qarşıdakı oyunu buraxacaq”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın