6 ildən sonra start heyətində meydana çıxdı, qol vurdu

6 ildən sonra start heyətində meydana çıxdı, qol vurdu
XƏBƏR 19 Sentyabr 2018 / 01:33 5247
-  A +

Daniel Starric Çempionlar Liqasının ilk turunda PSJ ilə oyunda “Liverpul”un start heyətində yer alıb.

Qol.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ingilis forvard 2012-ci ildən sonra ilk dəfə olaraq ÇL-də ilk 11-likdə meydana çıxıb.

6 ildən sonra qitənin bir nömrəli klub turnirində start heyətində yer alan Starric Paris klubu ilə matçda 30-cu dəqiqədə rəqib qapısına yol tapıb. Onun hesabı açdığı matç komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha çox


Son xəbərlər