"Real"la oyun öncəsi "Roma"da 2 itki

"Real"la oyun öncəsi "Roma"da 2 itki
XƏBƏR 18 Sentyabr 2018 / 18:06 2776
-  A +

Çempionlar Liqasında qrup mərhələsinin ilk turunda səfərdə "Real"ın qonağı olacaq "Roma" oyuna ciddi itkilərlə çıxacaq.

Qol.az-ın İtaliya klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "canavarlar"ın yeni transferləri Xavyer Pastore və Ante Çoriç zədə səbəbindən vacib matçı buraxmalı olacaqlar. Komandanın baş məşqçisi Eusebio Di Françesko hər iki oyunçunun meydana çıxacağına ümid etsə də, həkimlər futbolçuları oynatmamağı məsləhət görüblər.

Qeyd edək ki, "Real" - "Roma" oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Daha çox


Son xəbərlər