"Qarabağ"ın Portuqaliya planı

"Qarabağ"ın Portuqaliya planı
XƏBƏR 18 Sentyabr 2018 / 15:37 4740
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə “Sportinq" klubu ilə oyun öncəsi Portuqaliyadakı son məşqinin və mətbuat konfransının vaxtı açıqlanıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, sabah  Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov yerli vaxtla 18:30-da (Bakı vaxtı ilə 21:30) media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 19:00-da (Bakı vaxtı ilə 22:00) qarşılaşmanın keçiriləcəyi “Joze Alvalade” stadionunda olacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" görüşü sentyabrın 20-i Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Daha çox


Son xəbərlər