"Hələ belə qol vurmamışdım" - Baqali Dabo

"Hələ belə qol vurmamışdım" - Baqali Dabo
MÜSAHİBƏ 18 Sentyabr 2018 / 14:34 3699
-  A +

"Neftçi”nin hücumçusu Baqali Dabo klubun rəsmi saytına müsahibə verib. Qol.az-ın məlumatına görə, komandanın çempionluq uğrunda mübarizə apardığını bildirən fransalı futbolçu bu yolda əsas rəqiblərininin "Qarabağ” və "Qəbələ” olacağını deyib.

- Baqali, "Keşlə” ilə son oyundan başlayaq. Bu qələbə haqqında nə deyə bilərsiniz?

- Belə matçlarda qalib gəlmək ikiqat vacibdir. Çünki belə çətin qələbələr komandanın ruhuna, mənəvi vəziyyətinə müsbət təsir göstərir. Ən önəmlisi üç xal idi, onu da qazana bildik.

- Sonuncu dəfə boş qapıya nə vaxt qol vurmusunuz?

- Sözün düzü, yadımda deyil. "Keşlə” hesabı bərabərləşdirmək istəyirdi. Son dəqiqədə qapıçıları da irəli atıldı. Mən isə Mirabdulladan ötürmə alıb qapıya zərbə endirdim. Fikrimcə, hələ belə qol vurmamışdım.

- Komandaya tam uyğunlaşdığınızı demək olarmı?

- Təbii. Özümü burada əla hiss edirəm.

- Hazırda "Neftçi”nin ən məhsuldar futbolçususuz. Mövsümün sonunda bu statusu qorumaq sizin üçün nə qədər vacibdir?

- Zərrə qədər də vacib deyil. Mənim üçün ən önəmlisi komandanın qələbələridir. O qələbələri kimin qollarının gətirməsi artıq ikinci dərəcəli məsələdir.

- "Zirə” ilə oyundan nə gözləyirsiz?

- Yalnız qələbə. Çempion olmaq istəyirsənsə, yalnız qələbə haqda düşünməlisən.

- 4 turdan sonra lider mövqeyində qərarlaşan "Neftçi” çempionluq iddiasını ortaya qoyub. Sizcə, bu mübarizədə komandanın ən böyük rəqibləri kimlər olacaq?

- Tam razıyam ki, "Neftçi” bu mövsüm ancaq ən yüksək yer uğrunda mübarizə aparır. Məncə, əsas rəqiblərimiz "Qarabağ” və "Qəbələ” olacaq.

Daha çox


Son xəbərlər