AFFA-dan cəzalar və cərimələr

AFFA-dan cəzalar və cərimələr
XƏBƏR 18 Sentyabr 2018 / 13:08 1601
-  A +

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, İK Topaz Premyer Liqanın 4-cü turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Topaz Premyer Liqasının 4-cü turunun “Qarabağ” – “Sumqayıt” matçının 70-ci dəqiqəsində "Sumqayıt"ın futbolçusu Yusif Nəbiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

Topaz Premyer Liqasının IV turunun “Səbail” – “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Topaz Premyer Liqasının IV turunun “Sabah” – “Qəbələ” matçının 75-ci dəqiqəsində “Sabah”ın futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Daha çox


Son xəbərlər