Nani sağaldı - "Qarabağ"la oyuna hazırlaşır

Nani sağaldı - "Qarabağ"la oyuna hazırlaşır
ÖLKƏ FUTBOLU 18 Sentyabr 2018 / 10:13 2107
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq"in kapitanı Nani zədəsini sağaldıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, məşqlərə qayıdan 31 yaşlı oyunçu komanda ilə birgə "Qarabağ"la matça hazırlaşır. Lissabon təmsilçisinin digər zədəli futbolçusu Bas Dostun isə müalicəsi  davam etdirilir.

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" görüşü sentyabrın 20-i Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Daha çox


Son xəbərlər