"Bu, karyeramda ən gözəl qol ötürməsi idi" - Mirabdulla Abbasov

"Bu, karyeramda ən gözəl qol ötürməsi idi" - Mirabdulla Abbasov
XƏBƏR 17 Sentyabr 2018 / 16:06 2869
-  A +

"Çox şadam ki, komandanın qələbəsində mənim də rolum oldu".

Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin hücumçusu Mirabdulla Abbasov klubun rəsmi saytına açıqlamasında deyib. Topaz Premyer Liqanın 4-cü turunun "Keşlə" ilə oyununda (2:0) meydana 75-ci dəqiqədə çıxan futbolçu iki məhsuldar ötürmə ilə komandasının qələbəsində xüsusi pay sahibi olub. 23 yaşlı forvard bununla bağlı təəssüratlarını bölüşüb:

İlk qol epizodunda yeganə məqsədim topu meydanda saxlamaq idi. Desəm ki, Antonun boş olduğunu görüb topu bilərəkdən ona ötürdüm, yalan danışaram. Düzdür, qol ötürmələrimin sayı elə də çox deyil. Amma bu, karyeramdakı ən gözəl qol ötürməsi idi. İkinci qol epizodunda isə biz dörd nəfər bir nəfərə qarşı çıxmışdıq. Belə vəziyyətdə topu mütləq futbolçuların birinə ötürmək lazımdır. Çünki topdan sürətli qaçmaq olmur”.

Qeyd edək ki, dünənki oyunda "Keşlə"ni 2:0 hesabı ilə məğlub edən "Neftçi"nin qollarını Anton Krivotsyuk və Baqali Dabo vurub.


Son xəbərlər