"Qarabağ"ın yubiley qələbəsi

"Qarabağ"ın yubiley qələbəsi
PREMYER LİQA 17 Sentyabr 2018 / 12:06 2115
-  A +

Topaz Premyer Liqasının IV turu “Qarabağ” üçün tarixi qələbəylə əlamətdar olub.

Qol.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, Ağdam klubu Azərbaycan çempionatlarında 250-ci ev qələbəsini qazanıb. Bu, “Sumqayıt”la matça təsadüf edib. Qurban Qurbanovun komandası “Azərsun Arena”da 1:0 hesablı qələbə qazanıb. Ölkə çempionatlarında öz meydanında keçirdiyi 370-ci matçda “250”ni fəth edən klub 67,6 faizlik qələbə əmsalına malikdir.

Qeyd edək ki, “Qarabağ” bu göstəricidə Azərbaycanın mütləq rekordçusudur. Ağdam təmsilçisinin ən yaxın izləyicilərindən “Neftçi” 236, “Kəpəz” 173 ev qələbəsinə malikdir.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı