“Bu nəticə nə bizi, nə də rəhbərliyi qane edir. Fasilədə yaxşı hazırlaşmışdıq. Bizim üçün 3 xallıq oyun idi. Meydana qələbə üçün çıxmışdıq. Ani bir epizodda gözlənilmədən top buraxdıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Təmkin Xəlilzadə Topaz Premyer Liqanın 4-cü turunda səfərdə “Sabah”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. O, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:
“Rəqib haqda çox danışmaq istəmirəm. 90 dəqiqə ərzində 1 dəfə qapımıza tərəf gəldilər, o da qol oldu. İkinci hissədə bacardığımızı etdik, sadəcə, qol çatmadı”.
Xəlilzadə komandasının son 3 turda qələbə qazana bilməməsinin səbəbini də açıqlayıb: “Çempionat çox gərgin keçir. Bütün komandalar oyunlara ciddi hazırlaşır. Meydanda gərgin mübarizə gedir. Biz də digər komandalar kimi oyundan-oyuna artırırıq. Düzdür, bu nəticə bizi, rəhbərliyi, azarkeşləri qane etmir. Amma toparlanmaq lazımdır. Növbəti oyuna kimi vaxtımız var. Sabahdan hazırlığa başlayacağıq. Səbr etmək lazımdır. Yəqin ki, düzələr”.
Yarımmüdafiəçi ələ düşən şansları dəyərləndirə bilmədikləri üçün məyus olduqlarını bildirib: “Biz komandayıq. Epizodu biri nəfər dəyərləndirə bilmirsə, deməli, bu, ümumi kollektivin səhvidir. Hər şeyi sırf bir nəfərin üstünə atmaq olmaz. Mən də istərdim ki, hər hücumumuz qolla nəticələnsin. Qol olmayanda, istər-istəməz içindəki hirsi çıxarırsan. Çox məyusuq, çünki əldən verdiyimiz şanslar yüzfaizlik epizodlar idi. Hamısı qolla nəticələnməliydi”.
Epizodların birində rəqibin müdaxiləsindən sonra yerdə qalan Təmkin hakimliklə haqda danışmaq istəməyib: “Rəqib topa da toxundu, ayağıma da. Hakim penalti təyin etmədisə, deməli, haqlıdır. Ümumiyyətlə, idarəçilik haqda danışmaq istəmirəm”.
“Qəbələ” 5-ci turda “Qarabağ”la qarşılaşacaq. T.Xəlilzadə həmin oyuna ciddi hazırlaşıb, yaxşı nəticə qazanmağa çalışacaqlarını söyləyib.
"Keşlə"də yeni məşqçi
Di Mariya “Tottenhem”də?
2609 gündən sonra
"Səbail"dən ilk
La Liqada yeni rekord
"Fənərbaxça" və "Alanyaspor"dan qələbə
Skolari istefaya göndərildi
Bundesliqa klubunda yeni baş məşqçi
"Kəpəz" "Sabah"ı belə dayandırdı - Video
Rəşad Sadıqovdan qələbə şərhi - Video
"Zirə"dən darmadağın - Video
"Kəpəz"ə uduzmaq faciə deyil" - Visente Qomes
"Qalatasaray"da yeni hücumçu - Rəsmi
"Qəbələ" Tovuzdan qələbə ilə dönür - Video
Özilin "Fənərbaxça"dakı maaşı açıqlandı
"Tovuza Premyer Liqa yaraşır"
"Qarabağ"ın sabiq futbolçusundan uğurlu start
“Sabah” – “Kəpəz”: Heyətlər