"Bəlkə də bəxtimiz gətirdi" - Elşad Əhmədov

"Bəlkə də bəxtimiz gətirdi" -  Elşad Əhmədov
ÖLKƏ FUTBOLU 16 Sentyabr 2018 / 22:00 2326
-  A +

“Qələbə qazanmaq üçün bizdə istək daha çox idi. Uşaqlara təşəkkür edirəm ki, azlıqda qalsaq da, qələbə hesabını qoruya bildilər. Bəlkə də bəxtimiz gətirdi".

Qol.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqanın 4-cü turunda “Qəbələ”yə qalib gəldikləri oyundan (1:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

O, qələbəni belə şərh edib: "21 gün fiziki hazırlığa diqqət yetirdik. Bu baxımdan problemimiz yoxdur. Sadəcə, yeni komandayıq. Azlıqda qaldıqda necə oynamalı, hesabda irəlidə olarkən hansı gedişləri etməli olduğumuzu bilmək üçün zamana ehtiyac var”.


E.Əhmədov bir daha hədəflərindən danışıb: "Premyer Liqada qalmaq hədəfimiz dəyişməyib. Hərçənd, daha yaxşı nəticə də bizi sevindirər".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın