"Penalti olub-olmadığını hakimdən soruşun" – "Sumqayıt"ın futbolçusu

"Penalti olub-olmadığını hakimdən soruşun" – "Sumqayıt"ın futbolçusu
ÖLKƏ FUTBOLU 15 Sentyabr 2018 / 12:03 2703
-  A +

“Qarabağ”ın ilk hissədəki penalti epizodundan başqa qol imkanı olmadı. Öz futbolumuzu oynamağa çalışırdıq. Məncə, layiqli çıxış etdik. “Qarabağ” səviyyəli komandadır. Ancaq oynamaq olar. Qırmızı vərəqə alana qədər yaxşı təsir bağışladıq.  Bir epizodda əlimə yaxşı fürsət düşdü, amma istifadə edə bilmədim. Komandadan üzr istəyirəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın yarımmüdafiəçisi Aleksey İsayev Topaz Premyer Liqasının 4-cü turunda “Qarabağ”a 0:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan futbolçu görüşün baş hakimi İnqilab Məmmədovun idarəçiliyinə də toxunub:

“Qırmızı vərəqədən sonra “Qarabağ”ın qol imkanları oldu. Penalti epizoduna gəlincə, bunu hakimdən soruşun. 3 aydır Azərbaycandayam. Hakim haqda danışmaq istəmirəm. Amma o, hər şeyi görürdü. Təkrara baxdıq, həqiqətən penalti var idi. Niyə penalti təyin etmədi? Bu, artıq təxribatçı sualdır. Ona görə də cavab vermək istəmirəm”.

“Sumqayıt”ın bu mövsüm qarşıya qoyduğu hədəfləri açıqlayan İsayev Azərbaycan millisində oynamaq haqda da düşündüyünü söyləyib:

“Rəhbərlik bu mövsüm qarşımıza avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyub. Əsas məqsədimiz buna nail olmaqdır. Atam azərbaycanlıdır, amma ömrüm boyu atasız böyümüşəm. Özünüz də görürsünüz ki, sarışınam, azərbaycanlıya oxşamıram. Azərbaycanda oynamaq məsələsini götür-qoy edirəm”.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq