Üç xalı silindi, prezidenti futboldan qovuldu - A seriyasında ağır cəza

Üç xalı silindi, prezidenti futboldan qovuldu - A seriyasında ağır cəza
XƏBƏR 13 Sentyabr 2018 / 16:29 6953
-  A +

İtaliya A Seriyası təmsilçisi  “Kyevo”nun ehtiyatından 3 xal silinib.

Qol.az-ın "Football İtalia"ya istinadən yaydığı xəbərə görə, maliyyə fırıldaqlığı səbəbindən kluba bu cəza tətbiq edilib. Bundan başqa, "Kyevo" 200 min avro məbləğində cərimələnib.Klub prezidenti Luka Kampedelli isə 3 ay müddətinə futboldan kənarlaşdırılıb.

Klub satış gəlirlərində saxtakarlıq etməkdə ittiham olunub. "Kyevo" A seriyasında iştirak etmək üçün lisenziya almaq məqsədi ilə futbolçuların icarə haqlarının 25 milyon avrodan çox avro təşkil etdiyini vurğulayıb.

Qeyd edək ki, qərar qüvvəyə mindikdən sonra klub A Seriyasında -2 xalla sonuncu pillədə qərarlaşacaq.


Son xəbərlər