"Azərbaycanda eyni səviyyədə üç komanda var" - Simeon Slavçev

"Azərbaycanda eyni səviyyədə üç komanda var" - Simeon Slavçev
ÖLKƏ FUTBOLU 13 Sentyabr 2018 / 11:31 5850
-  A +

"Sportinq” mənim üçün çox iddialı komanda idi. Amma heç vaxt özümü göstərmək üçün real şans verilmədi. "Sportinq" azarkeşləri Simeon Slavçevin kim olduğunu bilirlər. Onlar mənim üçün böyük məbləğ ödəndiyinin fərqindədirlər, lakin niyə meydana çıxmadığımdan xəbərsizdirlər. Bu, mənim yox, məşqçilərin və rəhbərliyin problemidir. Məni dəfələrlə öz istəyim olmadan başqa klublara icarəyə göndərdilər. "Liteks”də olduğu kimi mənim üçün düzgün qərarlar verəcəyini düşünürdüm. Səhv etdim. "Sportinq”ə keçməyim uğursuz oldu. Bu klubla bağlı xoş xatirələrim yoxdur”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın bolqarıstanlı futbolçusu Simeon Slavçev ölkəsinin mətbuatına açıqlamasında deyib

O, hazırkı klubu "Qarabağ”da özünü xoşbəxt hiss etdiyini bildirib: "Məni burada çox uğurlu mövsümlər gözləyir. Bu kluba çox tez uyğunlaşdım. Rəhbərlik və azarkeşlər mənə hörmət edirlər. Əvvəlki klubumda isə belə şey yox idi. Bir futbolçu kimi özümü sübut etmək istəyirəm”.

S.Slavçev Topaz Premyer Liqasının 8 komandalı maraqlı çempionat olduğunu söyləyib: "Yarışda iştirak etmək istəyən klub bunun üçün bank zəmanəti təqdim edir. Maaşların ödənilməsində heç bir gecikmə yoxdur. Stadionlar kiçik, amma yeni və yaxşıdır. "Qarabağ”, "Qəbələ” və "Neftçi” kimi eyni səviyyədə üç komanda var. Son illər aktiv şəkildə rəqabət aparırlar. Bildiyiniz kimi, bu mövsüm Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək. Bakı Dubay və Vyananın yaxşı vəhdətini təşkil edir. Mənim oranı sevirəm. İnsanlar arasında bir-birlərinə qarşı hörmət var. Bunu ilk günlərdən gördüm".

Xatırladaq ki, Slavçev zədə səbəbindən sentyabrın 20-də Avroliqanın qrup mərhələsində "Sportinq"lə səfərdə keçiriləcək görüşü buraxacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın