Transferlərdə yeni rekord

Transferlərdə yeni rekord
XƏBƏR 12 Sentyabr 2018 / 19:27 6816
-  A +

Futbol klubları bu yay transferlərə 5.44 milyard dollar xərcləyib.

Qol.az-ın xəbərinə görə, bu barədə FİFA-nın saytı məlumat yayıb. Sözügedən məbləğ isə rekord göstəricidir. Bu yay dünyada 8401 tranfser edilib. Futbol klubları ötən il isə 7590 transferə 4.71 milyard dollar xərcləyiblər.

Avropanın 5 böyük liqası (İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniya)  ümumilikdə, transferlərə 4.21 milyard ödəyiblər. Transferlərə ən çox İngiltərə klubları (1.44 milyard) pul xərcləyiblər.

Qeyd edək ki, yay transfer pəncərəsi iyunun 1-də açılıb və sentyabrın 1-də bağlanılıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın